logo

Bir qrup hərbi qulluqçuya daimi mənzillər verilib

14:54 15-03-2024 | icon 1267
Bir qrup hərbi qulluqçuya daimi mənzillər verilib

Martın 15-də Azərbaycan prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 2011-ci il 28 dekabr tarixli Fərmanının icrasının təmin edilməsi məqsədilə yaradılmış komissiya tərəfindən 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara (hərbi xidmətdə olan, ehtiyata buraxılmış hərbi qulluqçular və ya onların varislərinə) daimi mənzillərin verilməsi mərasimi keçirilib.

YeniAvropa xəbər verir ki, təqdimatda hərbi qulluqçular, onların ailə üzvləri, nazirliyin müvafiq qurumlarının nümayəndələri və media mənsubları iştirak ediblər.

Müdafiə Nazirliyinin Hüquq idarəsinin rəisi, Daimi Mənzillərin Verilməsi Komissiyasının sədri polkovnik Elçin Əliyev deyib ki, hərbi qulluqçulara dövlət hesabına daimi mənzillər verilir. Ötən il hərbçilərə 473 mənzil verilib. Həmin mənzillər püşkatma yolu ilə hərbi qulluqçuların arasında bölünüb. Bu il tam sənədləşdirilərək prezident, Ali Baş Komandanımız İlham Əliyevin tapşırığı əsasında Novruz bayramı ərəfəsində həmin mənzillərin bir qisminin açarları təqdim olunur. Azərbaycan Ordusunun rəhbərliyi və şəxsi heyətinin adından dövlətimizin başçına minnətdarlığımızı bildiririk. Onun qayğısını həmişə hiss edirik və bu bizi xidmətimizdə daha da yüksək nailiyyətlər əldə etməyə sövq edir.

Qeyd edək ki, mənzillərin açarlarının təqdimetmə mərasimi “Hövsan” Yaşayış Kompleksində keçirilib. 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların ailə tərkibi nəzərə alınmaqla onlara müvafiq sahəsi olan mənzillər verilib.

Ümumiyyətlə mənzillər şəffaflıq və ədalətlilik prinsipi nəzərə alınmaqla, seçim əsasında Abşeron rayonunda, Bakının Sabunçu və Suraxanı rayonlarında hərbi qulluqçuların ailələrinə təqdim edilib.Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.