İlham Əliyev Cəbrayıl, Qubadlı və Zəngilan eləcədə də Laçın rayonuna xüsusi nümayəndələrini təyin edib
Prezident İlham Əliyev martın 13-də Cəbrayıl, Qubadlı və Zəngilan, eləcədə də Laçın rayonlarına Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin təyin edilməsi haqqında sərəncamlar imzalayıb.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Prezidentin imzaladığı birinci sərəncamla Vahid Rasim oğlu Hacıyev Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
Digər bir sərəncamla isə Məsim Əhməd oğlu Məmmədov Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.