logo

Ermənistana məxsus kvadrokopter zərərsizləşdirilib

17:46 11-03-2024 | icon 980
Ermənistana məxsus kvadrokopter zərərsizləşdirilib

Martın 11-də saat 12:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Əsrik yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kvadrokopter vasitəsilə kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatı xüsusi texniki vasitələrlə zərərsizləşdirilib.