logo

AŞPA İslam dininə qarşı dözümsüzlük nümayiş etdirir-Mariya Zaxarova

17:14 06-03-2024 | icon 1652
AŞPA İslam dininə qarşı dözümsüzlük nümayiş etdirir-Mariya Zaxarova

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bütün fəaliyyəti siyasiləşib. Bu qurum müxtəlif dini konfessiyalara, xüsusilə də İslam dininə qarşı dözümsüzlük nümayiş etdirir.

YeniAvropa xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zaxarova bu gün Soçidə keçirilən Ümumdünya Gənclər Festivalında deyib. O bildirib ki, Azərbaycanın vəkilə ehtiyacı yoxdur, özü AŞPA-nın cavabını verib. İkili standartlar siyasəti, eqoizm, özünü başqalarından üstün tutmaq AŞPA-nın xarakterinə uyğundur.

M. Zaxarova qeyd edib ki, AŞPA-da İslamofobiya özünün ən yüksək səviyyəsinə çatıb, bu qəbuledilməzdir.

“Rəsmi Bakı AŞPA-nı prezident seçkilərini müşahidə üçün dəvət etmədiyinə görə Azərbaycan anti-demokratiyada, insan hüquqlarını pozmaqda əsassız ittiham olundu. Bu ittihamlardan əvvəl Azərbaycan nümayəndə heyəti AŞPA-nın prezident seçkilərinə əsassız müdaxiləsi barədə məlumat verdi və qurumun ölkəyə yanaşmasında ikili standartlar siyasətinin tətbiq edildiyini diqqətə çatdırdı”, - deyə o əlavə edib.