Azərbaycan və Braziliya arasında siyasi məsləhətləşmələr keçirilib
Fevralın 29-da Bakıda Azərbaycan Respublikası və Braziliya Federativ Respublikasının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti, 4-cü raundu keçirilib.
YeniAvropa xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən bildirilib.Qeyd edilib ki, Azərbaycanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov, Braziliya nümayəndə heyətinə isə Braziliya Xarici Əlaqələr Nazirliyinin baş katibi (nazirin birinci müavini) xanım Maria Laura da Roşa rəhbərlik edib.
Görüşün əvvəlində xanım Maria Laura da Roşa yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə Braziliyanın Prezidenti Luiz İnasio Lula da Silvanın adından Prezident İlham Əliyevə ünvanlanmış təbrik məktubunu təqdim edərək ali ünvan sahibinə çatdırılmasını xahiş edib.
Görüş zamanı iki ölkə arasında siyasi, iqtisadi, energetika, nəqliyyat, turizm və humanitar sahələrdə əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri, xüsusilə təhsil, mədəniyyət, kənd təsərrüfatı, gömrük işinin təşkili, sərmayələrin təşviqi kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, bu sahələrdə müqavilə-hüquq bazasının yaradılmasına qarşılıqlı dəstək ifadə olunub.
Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Bu xüsusda cari ildə Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı fikir mübadiləsi aparılıb və bu əlamətdar tədbirin həm ikitərəfli, həm də COP Üçlüyü (“Troika”) çərçivəsində əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradacağı diqqətə çatdırılıb. Bu xüsusda ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsi barədə qarşı tərəfə ətraflı məlumat verilib.
Qarşı tərəf cari ilin noyabr ayında Braziliyanın sədrliyi ilə keçiriləcək “Böyük İyirmiliyin” (G20) Sammiti qarşısında duran hədəflər və bu xüsusda Braziliyanın prioritetləri barədə məlumat verilib.
Görüşdə postmünaqişə dövründə bölgədəki vəziyyət, Azərbaycanın sülh gündəliyi və bu xüsusda bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar, işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə məlumat verilib.
Siyasi məsləhətləşmələr zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov
Yol polisi küləkli hava ilə bağlı sürücülərə müraciət edib
Pərviz Şahbazov I İstanbul Enerji Forumunda iştirak edir
FIFA referimiz UEFA Gənclər Liqasının matçını idarə edəcək
Azərbaycan nefti 75,60 dollara satılır
Hindistandan Almaniyaya uçan təyyarə Bakıya təcili eniş edib
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib
Ceyhun Bayramov misirli həmkarı ilə regional məsələləri müzakirə edib
Xaçmazda 4 avtomobil toqquşub: ölən və yaralananlar var
Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik-BMT-nin baş katibi
Azərbaycanda meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
SOCAR “Tree Energy Solutions”la Birgə Tədqiqat Sazişi imzalayıb
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri olacaq
TDT-nin Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi yaradılıb
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Keniyanın “SMACHS” təşkilatı ilə əməkdaşlıq edəcək
UEFA Çempionlar Liqasında çıxış edən 2 klubu cərimələyib
“Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunmuş veloyürüş keçirilib
Sabah Bakıda 17° isti olacaq
UEFA İsveç–Azərbaycan matçında hakim səhvini etiraf edib
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub