Təhlükə törətməyən və az ağır cinayət törətmiş 18-24 yaşarası məhkumlar üçün xüsusi cəzaçəkmə müəssisəsinin yaradılması təklif edilir.
YeniAvropa xəbər verir ki, bununla bağlı məsələ Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il hesabatı ilə bağlı təkliflər siyahısında yer alıb.
Məruzədə ombudsman cəza-icra qanunvericiliyində və digər qanunvericilik aktlarında xüsusi ictimai təhlükə törətməyən və az ağır cinayət törətmiş 18-24 yaşarası məhkumların fərqli rejimdə cəza çəkməsinə imkan verən dəyişikliklərin edilməsi və belə məhkumların cəzasını çəkməsi üçün xüsusi cəzaçəkmə müəssisəsinin yaradılmasını məqbul hesab edib.