logo

Estoniya-Rusiya münasibətləri gərginləşir

14:58 14-02-2024 | icon 1967
Estoniya-Rusiya münasibətləri gərginləşir

Rusiyanın Tallindəki müvəqqəti işlər vəkili Lenar Salimullin Estoniyanın baş naziri Kaja Kallasın axtarışa verilməsi ilə əlaqədar bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Estoniya XİN-in yaydığı bəyanatda deyilir.

“Estoniyanın baş naziri Kaja Kallas və dövlət katibi Taimar Peterkopa qarşı cinayət təqibini izah etməsi üçün Rusiyanın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb”, - deyə qurumun sosial media hesabında yazılıb.

Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyi Estoniya və Litvanın bir sıra məmurlarını axtarışa verib. Lakin onların hansı cinayət maddəsi ilə axtarıldığı bildirilmir.