logo

Türkiyədə 14 əyalət üçün qar uçqunu xəbərdarlığı edilib

10:10 11-02-2024 | icon 1197
Türkiyədə 14 əyalət üçün qar uçqunu xəbərdarlığı edilib

Türkiyənin Meteorologiya Baş İdarəsi ölkənin şərqində qar uçqunu gözlədiyini bildirib.

YeniAvropa “TRT Haber”ə istinadla xəbər verir ki, Meteorologiya Baş İdarəsi Türkiyənin şərqində yerləşən 14 əyalət üçün uçqun təhlükəsinə qarşı “sarı” kodla xəbərdarlıq edib.

Uçqun riskli vilayətlər bunlardır: Ağrı, Rize, Giresun, Trabzon, Şırnak, İğdır, Artvin, Bitlis, Ərzurum, Hakkari, Qars, Muş, Van, Ərdahan.