logo

Macarıstanda İsveçin NATO-ya üzvlüyü ilə bağlı səsvermə baş tutmayıb

14:24 06-02-2024 | icon 2324
Macarıstanda İsveçin NATO-ya üzvlüyü ilə bağlı səsvermə baş tutmayıb

Macarıstanın hakim FIDES partiyasının deputat fraksiyası macar parlamentinin İsveçin NATO-ya üzvlüyünün təsdiqi üzrə səsvermənin keçirilməsinin nəzərdə tutulduğu iclasına gəlməyib.

YeniAvropa xəbər verir ki, FIDES partiyasının müttəfiqləri də səsvermədə iştirakdan imtina ediblər və nəticədə, iclasda cəmi 51 deputat olub, parlamentin 148 üzvü isə ona qatılmayıb. Bu zaman iclas zalında Alyans ölkələrinin Macarıstandakı diplomatları, o cümlədən ABŞ səfiri də olublar.

Türkiyə parlamentinin Stokholmun NATO-ya üzvlüyü ilə bağlı müraciətini təsdiq etməsindən sonra Macarıstan İsveçin Alyansa daxil olmasını dəstəkləməyən yeganə ölkə kimi qalır. Baş nazir, eyni zamanda FIDES-in sədri olan Viktor Orban həmin müraciəti “mümkün qədər tez bir zamanda” ratifikasiya edəcəyini vəd etmişdi.