Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyası sabah İsveçin NATO-ya qəbulu ilə bağlı müzakirə və səsvermə keçirəcək.
YeniAvropa xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.
Məlumata görə, İsveçin NATO-ya daxil olması ilə bağlı protokolun gündəliyə salınması planlaşdırılır.
Xatırladaq ki, 2022-ci ilin dekabrın 26-da Türkiyə Parlamentinin Beynəlxalq Əlaqələr Komissiyası İsveçin alyansa qəbulu ilə bağlı ratifikasiya protokolunu təsdiqləyib.
İndi bütövlükdə parlament daxilində bununla bağlı səsvermə keçirilməlidir. Onun təsdiqi üçün deputatların səs çoxluğu kifayətdir.
Belə ki, 600 yerlik parlamentdə Ədalət və İnkişaf Partiyasının (AKP) deputatları çoxluq təşkil etdiyi üçün hakim partiyanın istəyi yekun qərara təsir edəcək.