Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda səfərdə olan NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşüb.
YeniAvropa Ermənistan KİV-ə istinadən xəbər verir ki, görüşdə Cənubi Qafqazdakı vəziyyət, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı son prosesləri və sülh sazişinin imzalanması məsələsini müzakirə edilib.
Tərəflər, həmçinin Ermənistan-NATO əməkdaşlığı, regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.