logo

Neft Fondunun qızıl investisiyalarının dollar portfelində payı 12 %-dir

14:34 16-01-2024 | icon 1050
Neft Fondunun qızıl investisiyalarının dollar portfelində payı 12 %-dir

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin 67,5 faizini ABŞ dolları, 21,2 faizini avro, 5,3 faizini ingilis funt sterlinqi, 0,7 faizini Avstraliya dolları, 0,2 faizini Türkiyə lirəsi, 0,2 faizini Rusiya rublu, 1 faizini Çin yuanı, 1,4 faizini Yapon yeni, 2,5 faizini isə digər valyutalar təşkil edib.

YeniAvropa xəbər verir ki, bu barədə ARDNF-in 2023-cü il üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatında bildirilib.

Hesabata görə, ABŞ dolları portfelinin 6 milyard 752,1 milyon dollarlıq hissəsi (12 faiz) qızıl investisiyalarıdır.

Həmçinin ARDNF-nin investisiya portfelinin 4,25 milyon dollarlıq hissəsi Azərbaycan manatıdır.