ABŞ dövlət katibi Antoni Blinken Türkiyədə səfərdədir.
YeniAvropa xəbər verir ki, dünən axşam saatlarında İstanbula gələn Blinkenin bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşü nəzərdə tutulur.
Görüş zamanı regional və ikitərəfli məsələlərlə yanaşı, İsrail ilə Fələstin arasında davam edən münaqişənin də müzakirə olunması gözlənilir.