Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi arasında telefon danışığı olub.
YeniAvropa xəbər verir ki, Türkiyə prezidenti iranlı həmkarına Kirman şəhərində törədilən partlayışlarla bağlı başsağlığı verib.
Dinc əhalini hədəf alan terror aktını qınadığını ifadə edən Ərdoğan ölkəsinin terrorla mübarizədə İranın yanında olduğunu bildirərək, insan itkilərinə görə İran xalqına səbir diləyib.
Türkiyə prezidenti İranı terrorla mübarizədə birgə hərəkət etməyə çağırdığını təkrarlayıb.
Danışıq zamanı İran prezidentinin yanvarın 4-də Türkiyəyə nəzərdə tutulan səfərinin sonrakı tarixə təxirə salınması qərara alınıb.