Afinaya səfəri çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın baş naziri Kiriakos Mitsotakis ilə görüşüb.
YeniAvropa xəbər verir ki, Nazirlər Kabinetinin binasında baş tutan görüş mətbuata qapalı keçirilib.
Görüşdə iki ölkənin rəsmiləri iştirak ediblər. Görüşdən sonra Ərdoğan ilə Mitsotakisin mediaya birgə açıqlama vermələri gözlənilir.
Xatırladaq ki, prezident Rəcəb Tayyib Ərdoğan Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin dəvəti ilə Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Beşinci Toplantısında iştirak etmək üçün Yunanıstanda rəsmi səfərdədir.