logo

Gürcüstan-Rusiya sərhədində 3000-dən çox avtomobil dayanıb

14:14 07-12-2023 | icon 2107
Gürcüstan-Rusiya sərhədində 3000-dən çox avtomobil dayanıb

Hazırda Gürcüstan ilə Rusiya arasındakı “Kazbeqi” sərhəd-keçid məntəqəsində 2700 yük və 200-dən çox minik avtomobili dayanıb.

YeniAvropa xəbər verir ki, sərhəd-keçid məntəqəsinin bağlanmasına hər iki ölkənin ərazisində güclü qar yağması, yolların buz bağlaması və qar uçqunu təhlükəsi səbəb olub.

Dekabrın 7-dən Gürcüstandan Rusiyaya gedən beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepandtsminda–Lars avtomobil magistralının Kobi-Qudauri hissəsində bütün növ avtomobillərin hərəkəti qadağan edilib. Hazırda sərhəd keçid məntəqəsində və yollarda dayanan yük avtomobillərinin böyük əksəriyyəti Ermənistana məxsusdur.

Qeyd edək ki, Mtsxeta-Stepandtsminda-Lars (Yuxarı Lars) yolu Gürcüstan ilə Rusiya arasında yeganə quru yoldur. Bu yol, eyni zamanda, Ermənistanı da Rusiya ilə bağlayan yeganə avtomagistraldır.