logo

Keçmiş milli təhlükəsizlik naziri korrupsiyaya görə 3 il həbs edildi 

09:49 06-12-2023 | icon 2240
Keçmiş milli təhlükəsizlik naziri korrupsiyaya görə 3 il həbs edildi 

Bosniya və Herseqovinanın keçmiş milli təhlükəsizlik naziri Selmo Çikotiç üç il müddətinə azadlıqdan məhrum edilib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, məhkəmə haqqında korrupsiya ittihamı irəli sürülən Selmo Çikotiçi 2009-2011-ci illər arasında nazir postunda olduğu müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və dövlətə təxminən 5 milyon avro ziyan vurmaqda təqsirli bilib. O, Bosniya və Herseqovina ordusuna məxsus köhnə silah-sursatın Xorvatiyada yerləşən “Scout” adlı şirkətə dəyərindən aşağı qiymətə satılmasını təmin etməkdə günahlandırılıb.

Keçmiş nazirin qanuna zidd olaraq, alqı-satqı əməliyyatı ilə bağlı Bosniya və Herseqovina Rəyasət Heyətinə məlumat vermədiyi bildirilib.