logo

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”dən 10 ayda 7 milyard $ gəlir götürülüb

14:14 04-11-2023 | icon 2387
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”dən 10 ayda 7 milyard $ gəlir götürülüb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin 10 ayı ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və “Şahdəniz” yatağı üzrə gəlirlərini açıqlayıb.

Azərbaycan Respublikası Dövlət Neft Fondundan YeniAvropa-ya bildirilib ki, AÇG yatağından bu ilin əvvəlindən noyabr ayının 1-i tarixinə 5 milyard 865,8 milyon ABŞ dolları, “Şahdəniz” yatağından (qaz və kondensat) isə 1 milyard 183 milyon ABŞ dolları gəlir əldə olunub.

O cümlədən “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər hesabat dövründə 259,554 milyon ABŞ dolları təşkil edib.