Növbəti il üçün yaşayış minimumunun məbləği məlum olub.
YeniAvropa xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini tapıb.
“Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu” haqqında Qanununa əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.