Azərbaycanın strateji valyuta ehtiyatları 66,4 milyard manat təşkil edir.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov noyabrın 1-də keçirdiyi mətbuat konfransında bildirib.
T.Kazımov qeyd edib ki, Mərkəzi Bankın valyuta ehtiyatları on ayda 16,8 faiz artaraq 10.5 milyard manata çatıb.