Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiya hökuməti sədrinin müavini Aleksandr Novak ilə görüşüb.
YeniAvropa xəbər verir ki, bu barədə Rusiya hökuməti məlumat yayıb.
Bildirilib ki, tərəflər neft-qaz, energetika, bərpa olunan enerji mənbələri sahələrində əməkdaşlığı müzakirə ediblər. Qeyd olunub ki, 2022-ci ildə qarşılıqlı əmtəə dövriyyəsinin həcmi 25 faiz, bu ilin yanvar-avqust aylarında isə 15,7 faiz artıb.
Görüşdə Rusiya neft-qaz şirkətlərinin Azərbaycan ərazisində yeni hasilat layihələrində iştirakı, eləcə də Rusiya neftinin Tixoretsk-Bakı borusu ilə revers daşınmasının artırılması məsələri müzakirə olunub.