Dekabrda Bakıda Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın iclası keçiriləcək
Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri, energetika naziri Pərviz Şahbazov və Böyük Britaniyanın Dövlət Katibinin Parlament üzrə müavini, Biznes və Ticarət Departamentində ixracat naziri Malkolm Offordın iştirakı ilə onlayn görüş keçirilib.
Nazirlikdən YeniAvropa-ya bildirilib ki, görüşdə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti, o cümlədən 2023-cü ilin dekabrında Bakıda keçirilməsi planlaşdırılan növbəti iclası və ikitərəfli enerji əməkdaşlığı ilə bağlı məsələlər müzakirə edilib. Hökumətlərarası Komissiyanın Bakıda keçiriləcək 6-cı iclasının qarşılıqlı faydalı əməkdaşlığın inkişafına töhfə verəcəyi bildirilib. Həmçinin iki ölkə arasında “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” layihəsinin tezliklə yekunlaşdırılmasının vacibliyi qeyd edilib.
Söhbət zamanı bərpaolunan enerji sahəsinin inkişafı və enerji keçidi üzrə Azərbaycanın siyasəti ilə bağlı da fikir mübadiləsi aparılıb. Təbii qazın enerji keçidini dəstəkləyən rolu vurğulanıb və ölkəmizin həm təbii qaz sektorunun, həm də bərpaolunan enerjinin inkişafına diqqət yönəltdiyi qeyd olunub. Bildirilib ki, hazırda həyata keçirilən “yaşıl enerji” layihələri 2030-cu ilədək elektrik enerjisinin istehsal gücündə bərpaolunan enerjinin payının əhəmiyyətli dərəcədə artmasını təmin edəcək. Azərbaycanın neft-qaz layihələrində əsas tərəfdaşı olan bp şirkəti ilə azad edilmiş ərazilərdə “Şəfəq” günəş elektrik stansiyası layihəsi üzrə əməkdaşlıqdan da bəhs edilib və bu layihənin “Səngəçal” terminalının karbonsuzlaşdırılmasında mühüm rol oynayacağı diqqətə çatdırılıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də müzakirələr aparılıb.
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov
Yol polisi küləkli hava ilə bağlı sürücülərə müraciət edib
Pərviz Şahbazov I İstanbul Enerji Forumunda iştirak edir
FIFA referimiz UEFA Gənclər Liqasının matçını idarə edəcək
Azərbaycan nefti 75,60 dollara satılır
Hindistandan Almaniyaya uçan təyyarə Bakıya təcili eniş edib
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib
Ceyhun Bayramov misirli həmkarı ilə regional məsələləri müzakirə edib
Xaçmazda 4 avtomobil toqquşub: ölən və yaralananlar var
Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik-BMT-nin baş katibi
Azərbaycanda meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
SOCAR “Tree Energy Solutions”la Birgə Tədqiqat Sazişi imzalayıb
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri olacaq
TDT-nin Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi yaradılıb
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Keniyanın “SMACHS” təşkilatı ilə əməkdaşlıq edəcək
UEFA Çempionlar Liqasında çıxış edən 2 klubu cərimələyib
“Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunmuş veloyürüş keçirilib
Sabah Bakıda 17° isti olacaq
UEFA İsveç–Azərbaycan matçında hakim səhvini etiraf edib
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub