logo

"CIDC-2023" kimi tədbirlər milli təhlükəsizliyimizin təmin olunmasına töhfə verəcək-Əli Nağıyev

11:55 26-10-2023 | icon 1617
"CIDC-2023" kimi tədbirlər milli təhlükəsizliyimizin təmin olunmasına töhfə verəcək-Əli Nağıyev

İnanıram ki, Azərbaycanda ilk dəfə keçirilən bu tədbir kibertəhlükəsizlik üzrə yerli mütəxəssislərin bir araya toplanması, fikir mübadiləsinin aparılması, özəl və dövlət sektoru, həmçinin ali təhsil müəssisələri arasında əlaqələrin qurulmasında xüsusi əhəmiyyətə malik olacaq və bu yarışda qazanılan bilik və təcrübələr Azərbaycanın milli təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verəcək.“Kibermüharibə” yarışının iştirakçılarına yaradılan şəraitdən və sağlam rəqabət mühitindən faydalı şəkildə yararlanmalarını arzulayır, müvəffəqiyyətlər diləyirəm.

YeniAvropa xəbər verir ki, bunu oktyabrın 26-da Bakı Konqres Mərkəzində keçirilən “Critical Infrastructure Defence Challenge 2023”in (CIDC-2023) açılışında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev deyib.

Əli Nağıyev vurğulayıb ki, prezident İlham Əliyevin kibertəhlükəsizlik sahəsində milli ekosistemin formalaşdırılması və inkişafına göstərdiyi diqqət və qayğı ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin ciddi şəkildə yaxşılaşdırılması ilə nəticələnib. Belə ki, Kibertəhlükəsizlik İndeksinin reytinq cədvəlində Azərbaycan Respublikası 36 pillə yüksələrək 86-cı yerdən 50-ci yerə kimi irəliləmişdir. Qeyd olunmalıdır ki, bu nəticə sözügedən reytinq cədvəlində ölkəmizin hazıradək qazandığı ən yüksək mövqedir.