2023-cü ilin yanvar-sentyabr aylarında sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tərəfindən məhsul istehsalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz artaraq 2,3 milyard manata çatıb və bunun 31,2 faizi ixrac edilib.
YeniAvropa xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O bildirib ki, indiyədək sənaye zonalarında 11,1 milyard manatlıq məhsul istehsal edilib və bunun təqribən 32,4 faizi ixracın payına düşür.
Üçüncü rübün yekunlarına əsasən sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 17,9 faiz, qeyri-neft sənaye məhsullarının ixracında isə 22,9 faiz olub. Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 60-dan çox ölkəsinə ixrac edilib.