129 km-lik ödənişli yoldan bu şərtlərlə istifadə ediləcək
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolu - Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayaraq Rusiya sərhədinədək olan 150 kilometrlik hissə birinci texniki dərəcəyə uyğun inşa edilib və 4 hərəkət zolaqlıdır. Bu yolun 129 kilometrlik hissəsinin ödənişli olması nəzərdə tutulub.
YeniAvropa xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.
Onun sözlərinə görə, ödəniş tarifləri yeni müəyyənləşdiyi üçün, hazırda həmin tariflərin sistemə inteqrasiyası həyata keçirilir. Proqram təminatı tam yekunlaşdıqdan sonra test ediləcək. Ondan sonra isə yol istifadəyə veriləcək.
“Sürücülər ödəniş məntəqəsinə yaxınlaşaraq xüsusi çip yerləşdirilmiş kartlar vasitəsilə ödəniş edə biləcəklər. Həmin kartları ödəniş məntəqələrinin giriş-çıxış hissələrindən, yaxın gələcəkdə isə şəhər və rayonlarımızın müxtəlif nöqtələrində satış məntəqələrindən əldə etmək mümkün olacaq. Yolda iki cür hərəkət zolağı var. Bunlardan biri sürətli, digəri isə adi keçiddir. Yəni sürücü adi zolaqda ödəniş məntəqəsinə yaxınlaşaraq kart əldə edə bilər. Kartlara balans yüklənir və onun qət etdiyi məsafəyə uyğun gedişhaqqı çıxılır. Sürətli keçiddə isə öncədən əldə edilmiş və balans yüklənmiş kartlar avtomobilin ön şüşəsinə yapışdırılır. Artıq o, məntəqəyə yaxınlaşdıqda, buradakı xüsusi keçidlərdə sistem onu tanıyır və heç bir maneə olmadan sürücü eyni sürətlə yoluna davam edə biləcək”, - deyə Anar Nəcəfli əlavə edib.
Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, yol üzərində 4 məntəqə fəaliyyət göstərir - Giləzi, Siyəzən, Gəndob və Xaçmaz məntəqələri. Giriş və çıxış məntəqələr sürətli və adi keçid, digər kiçik məntəqələr isə hibrid zolaqlardır. Hər ikisindən də istifadə etmək mümkündür.
O, həmçinin vurğulayıb ki, yeni yol mövcud yoldan 13 kilometr qısadır. Bu yolla tranzit və daxili yüklərin daha tez və asan daşınması təmin olunacaq. “Sürət həddinə gəldikdə, hazırda ödənişli yoldan istifadə qaydaları müəyyənləşdirilir və bu, həmin qaydalarda əks etdiriləcək. Təbii ki, bu yolda sürət digər yollardan daha çox olacaq”, - A.Nəcəfli deyib.
Qeyd edək ki, Prezident İlham Əliyev ötən gün Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolunun açılışını edib.
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov
Yol polisi küləkli hava ilə bağlı sürücülərə müraciət edib
Pərviz Şahbazov I İstanbul Enerji Forumunda iştirak edir
FIFA referimiz UEFA Gənclər Liqasının matçını idarə edəcək
Azərbaycan nefti 75,60 dollara satılır
Hindistandan Almaniyaya uçan təyyarə Bakıya təcili eniş edib
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib
Ceyhun Bayramov misirli həmkarı ilə regional məsələləri müzakirə edib
Xaçmazda 4 avtomobil toqquşub: ölən və yaralananlar var
Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik-BMT-nin baş katibi
Azərbaycanda meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
SOCAR “Tree Energy Solutions”la Birgə Tədqiqat Sazişi imzalayıb
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri olacaq
TDT-nin Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi yaradılıb
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Keniyanın “SMACHS” təşkilatı ilə əməkdaşlıq edəcək
UEFA Çempionlar Liqasında çıxış edən 2 klubu cərimələyib
“Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunmuş veloyürüş keçirilib
Sabah Bakıda 17° isti olacaq
UEFA İsveç–Azərbaycan matçında hakim səhvini etiraf edib
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub