Yanvar-sentyabr aylarında ölkədən 20 milyard 420,5 milyon kubmetr təbii qaz ixrac edilib.
Dövlət Gömrük Komitəsindən YeniAvropa-ya verilən məlumata görə, ixrac edilən təbii qazın dəyəri isə 11 milyard 409,5 milyon ABŞ dolları olub.
Xatırladaq ki, 2022-ci ilin eyni aylarında Azərbaycandan 16 milyard 552,7 milyon kubmetr təbii qaz ixrac edilib, həmin ixracın dəyəri 12 milyard 102,5 milyon dollar olub.