logo

“Muğan Bank”ın bağlanması  bank sektoruna təhdid yaratmır-AMB

10:50 19-10-2023 | icon 1995
“Muğan Bank”ın bağlanması  bank sektoruna təhdid yaratmır-AMB

“Muğan Bank” ASC-nin bank lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlılığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır”.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) yaydığı açıqlamada bildirilib.

Açıqlamada əlavə olunub ki, “Muğan Bank” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 1,4 faiz, kredit portfelində 2 faiz, sektorun öhdəliklərində isə cəmi 1,3 faiz təşkil edir.

Qeyd edək ki, AMB İdarə Heyətinin qərarı ilə “Muğan Bank” ASC-nin lisenziyası oktyabrın 19-dan ləğv edilib, banka müvəqqəti inzibatçı təyin edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.