logo

Azərbaycanın turizm potensialı Hindistanda təbliğ olunur

11:55 18-10-2023 | icon 2044
Azərbaycanın turizm potensialı Hindistanda təbliğ olunur

Azərbaycanın turizm destinasiyası olaraq təbliği məqsədilə oktyabrın 16-da Hindistanın Nyu-Delhi şəhərində seminar keçirilib.

Dövlət Turizm AgentliyindənYeniAvropa-ya bildirilib ki, 50-dək turizm agenti və turoperatorun iştirak etdiyi seminarın əsas məqsədi Azərbaycanın turizm imkanlarını nümayiş etdirmək və Hindistan turizm sənayesinin Azərbaycan haqqında məlumatlığını artırmaqdır.

Seminar çərçivəsində Azərbaycan turizminə həsr olunmuş ətraflı təqdimat və videoçarxlar nümayiş etdirilib, ölkəmizin istirahət turizmi və işgüzar tədbirlərin təşkili üzrə potensialı təqdim edilib.

Seminarın sonunda interaktiv sual-cavab sessiyası təşkil olunub, iştirakçıların sualları cavablandırılıb.

Təbliğat tədbirləri oktyabrın 18-də Banqalor, ayın 28-də isə Mumbay şəhərində davam etdiriləcək.

Qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr dövründə Hindistandan Azərbaycana səfər edənlərin sayı 77 min 379 nəfər təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 115 faiz artımdır.