Azərbaycan-Səudiyyə Ərəbistanı İşgüzar Şurasının iclası keçirilib
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Agentliyin nümayəndələri və Azərbaycan iş adamları Səudiyyə Ərəbistanında işgüzar səfərdə olublar.
KOBİA-dan YeniAvropa-ya bildirilib ki, səfər çərçivəsində Ər-Riyad şəhərində Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 3-cü iclası keçirilib. İşgüzar Şuranın budəfəki iclası tikinti sahəsində Azərbaycan və Səudiyyə Ərəbistanı arasında biznes əməkdaşlığına və investisiya qoyuluşu imkanlarına həsr olunub. Tədbirdə KOBİA-nın, Səudiyyə Ərəbistanı Palataları Federasiyasının və digər qurumların nümayəndələri, hər iki ölkədən tikinti sektorunda fəaliyyət göstərən iş adamları iştirak ediblər.
İşgüzar Şuranın həmsədri, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə inşaat sektorunun inkişafı, bu sahənin biznes və investisiya imkanları barədə məlumat verərək, hər iki ölkənin işgüzar dairələrini bu sahədə fəal əməkdaşlığa dəvət edib. Qeyd olunub ki, tikinti sektoru Azərbaycanda sürətlə inkişaf edən sahələrdəndir və məşğulluğun təmin edilməsi baxımından kənd təsərrüfatı və ticarətdən sonra 3-cü əsas sektordur. Azərbaycanda yeni texnologiyalar əsasında işləyən sement zavodları, metal konstruksiyalar, müasir tikinti materialları istehsal edən müəssisələr mövcuddur. Bu sahədə 15 minə yaxın KOB subyekti fəaliyyət göstərir.
İşgüzar Şuranın həmsədri, “Al Rajhi İnternational for İnvestment” şirkətinin baş icraçı direktoru Əhməd Əli Əl Dakhil isə şuranın növbəti iclasının Ər-Riyadda keçirilməsindən və iş adamlarından ibarət Azərbaycan nümayəndə heyətinin səfərindən məmnunluğunu bildirib, səfərin və şura çərçivəsində aparılan müzakirələrin hər iki ölkənin iş adamları arasında ticarət və investisiya sahəsində əməkdaşlığın inkişafına öz töhfəsini verəcəyini vurğulayıb.
Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdiyini, yüksək səviyyəli səfərlərin, keçirilən tədbirlərin ikitərəfli iqtisadi münasibətlərin genişlənməsində əhəmiyyətli olduğunu vurğulayıb.
Tədbir çərçivəsində iş adamları arasında tikinti sektoru ilə bağlı məlumat və təcrübə mübadiləsi aparılıb, şirkətlər tərəfindən təqdimatlar keçirilib, birgə təşəbbüslərin və layihələrin reallaşdırılması imkanları müzakirə edilib.
Qeyd edək ki, Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurası 2022-ci ilin dekabrında KOBİA və Səudiyyə Ərəbistanı Palataları Federasiyası arasında imzalanmış Sazişə əsasən yaradılıb. Hər iki ölkədən biznes nümayəndələrinin təmsil olunduğu İşgüzar Şura sahibkarların təşəbbüslərini dəstəkləyir, onlar arasında birbaşa əlaqələrin qurulmasına, qarşılıqlı səfərlərin, görüşlərin və müxtəlif tədbirlərin təşkilinə kömək edir, iş adamları arasında informasiya mübadiləsini həyata keçirir. İşgüzar Şuranın ilk iclası 2023-cü ilin aprelində Ər-Riyadda, 2-ci iclası isə iyun ayında Şuşa şəhərində keçirilib.
Səfər çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Səudiyyə Ərəbistanının investisiya nazirinin beynəlxalq əməkdaşlıq üzrə müavini Məhəmməd Əl Hasnah ilə görüşüb. Görüşdə hər iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsinə və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
KOBİA nümayəndələri Səudiyyə Ərəbistanının Kiçik və Orta Sahibkarlıq üzrə Baş İdarəsinin (MONSHAAT) KOB Dəstək Mərkəzində KOB-lara göstərilən xidmətlərlə tanış olub, Agentliyin KOB inkişaf mərkəzləri ilə əməkdaşlıq imkanlarına, ölkəmizdə KOB-lara göstərilən dəstək və xidmətlərə dair fikir mübadiləsi aparıblar.
Həmçinin səfər zamanı Azərbaycan iş adamları Səudiyyə Ərəbistanının İnvestisiya Nazirliyinin Tikinti Departamentinin nümayəndələri ilə görüşüb, "Build Industrial" müəssisəsinin fəaliyyəti ilə tanış olublar.
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov
Yol polisi küləkli hava ilə bağlı sürücülərə müraciət edib
Pərviz Şahbazov I İstanbul Enerji Forumunda iştirak edir
FIFA referimiz UEFA Gənclər Liqasının matçını idarə edəcək
Azərbaycan nefti 75,60 dollara satılır
Hindistandan Almaniyaya uçan təyyarə Bakıya təcili eniş edib
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib
Ceyhun Bayramov misirli həmkarı ilə regional məsələləri müzakirə edib
Xaçmazda 4 avtomobil toqquşub: ölən və yaralananlar var
Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik-BMT-nin baş katibi
Azərbaycanda meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
SOCAR “Tree Energy Solutions”la Birgə Tədqiqat Sazişi imzalayıb
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri olacaq
TDT-nin Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi yaradılıb
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Keniyanın “SMACHS” təşkilatı ilə əməkdaşlıq edəcək
UEFA Çempionlar Liqasında çıxış edən 2 klubu cərimələyib
“Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunmuş veloyürüş keçirilib
Sabah Bakıda 17° isti olacaq
UEFA İsveç–Azərbaycan matçında hakim səhvini etiraf edib
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub