Azərbaycan İssık-Kulda beşulduzlu otelin tikintisinə başlayıb.
YeniAvropa xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Administrasiyasının meneceri Kanıbek Tumanbayev məlumat verib.
Obyekt Kara-Oy kəndində Qırğızıstanın Azərbaycana uzunmüddətli icarəyə verdiyi 17 hektar torpaq sahəsində yerləşəcək. 12 hektar ərazinin abadlaşdırılması, 4 hektar sahədə park salınması, daha bir hektarda isə çimərlik sahəsinin salınması nəzərdə tutulur.
Azərbaycan tərəfi oteli üç il ərzində tikməyi öhdəsinə götürür. İşçilərin 70 faizi yerli sakinlər olacaq.