Bu günə kimi "Azərenerji" ASC Qarabağ və Şərqi Zəngəzurda 12 yerdə yarımstansiya tikərək istismara verib.
YeniAvropa xəbər verir ki, bu barədə "Azərenerji" ASC-nin prezidenti Baba Rzayev “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirib.
Onun sözlərinə görə, 700 kilometrdən artıq 330 və 110 kV-luq yüksəkgərginlikli ötürmə xətti çəkilərək bütün işğaldan azad edilən ərazilərə 100 % enerji çatdırılıb: “Ən əsası bütün yarımstansiyalar Azərbaycanın ümumi enerji sisteminə qoşulub”.
B. Rzayev qeyd edib ki, bu il sentyabrın 20-də həyata keçirilən antiterror tədbirlərindən cəmi 4 gün sonra Xankəndi şəhərinin Ermənistanın enerji sistemindən ayrılaraq Azərbaycan enerji sisteminə qoşulması təmin edilib: “Artıq Xankəndi və ətraf ərazilərdə Azərbaycan işığı yanır. Hazırda "Azərenerji" tərəfindən sözügedən ərazilərdəki elektrik stansiyaları və yarımstansiyalarda təmir-bərpa işləri həyata keçirilir”.