“Unibank” 22 milyon manat xalis mənfəət əldə edib
“Unibank” KB ASC 2023-cü ilin üçüncü rübünün yekununda cəmi gəlirlərini rekord həddə çatdırıb.
YeniAvropa xəbər verir ki, bu barədə babnkın yaydığı açıqlamada bildirilib. Qeyd edilib ki, bankın cəmi gəlirlər ötəni ilin uyğun dövrü ilə müqayisədə 43 faiz artaraq 233 milyon manata çatıb. Dövr ərzində bankın xərclərində daha aşağı – 23 faizlik artım qeydə alınıb. Bunun nəticəsində isə sentyabrın 30-na Bankın əməliyyat mənfəəti ötən ilin uyğun dövrü ilə müqayisədə 3 dəfə artaraq 49 milyon manata çatıb. Ümumi gəlirlilik səviyyəsinin artması, üçüncü rübün sonuna əldə edilən xalis mənfəətin kəskin artımına imkan yaradıb. “Unibank” bu ilin ilk 9 ayını 22 milyon manat xalis mənfəətlə başa vurub.
“Unibank” Kommersiya Bankı ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov üçüncü rübü bank üçün məhsuldar dövr hesab edir: “İlin əvvəlindən qeydə alınan sabit və davamlı inkişaf, bu rübün nəticələrində də özünü göstərib. Bankın bazar mövqeyini qoruyub saxlamaq və daha da inkişafı fonunda xalis mənfəətin ciddi artımı, kapital mövqeyinin möhkəmləndirilməsi, biznesin maliyyələşdirilməsində və depozit portfelinin həcmində qeydə alınan nəzərəçarpan artım, ilin ilk 9 ayının bizim üçün müsbət tendensiyada davam etdiyinin göstəricisidir. Başa vurduğumuz rüb ərzində “Unibank”ın bazar üçün kifayət qədər cəlbedici gəlirli manat istiqrazlarının uğurla yerləşdirilməsi də əhəmiyyətli hadisələrdən biri oldu. Bu müsbət yekunlar, 2023-cü ilin Bank üçün uğurlu layihələrin icrası ilə yadda qalacağına və planlaşdırılan nəticələrin əldə olunacağına əminliyi artırır”.
Dövr ərzində Bankın kapital mövqeyi sabit, inkişaflı qalmaqda davam edib. Hesabat dövründə Bankın məcmu kapitalı ötən ilin 3-cü rübü ilə müqayisədə 25 faiz artaraq, 152 milyon manat olub. Bu ciddi artım kapital adekvatlılığının yüksəlməsi fonunda baş verib. Belə ki, ötən ilin uyğun dövrü ilə müqayisədə bankın kapital adekvatlılıq əmsalı artaraq, 12.69 faiz təşkil edib. Bu dövrdə bankın aktivləri də artaraq, 1 milyard 528 milyon manata çatıb.
Bankın artıq milyard manatı ötən kredit portfeli üçüncü rüb ərzində bir qədər də artaraq, 1 milyard 47 milyon manata çatıb. Bu həm də 2022-ci ilin ilk 9 ayı ilə müqayisədə 19 faiz artım deməkdir. Portfelin strukturunda biznes kreditlərinin payı bir qədər də çoxalıb. Biznes kredit portfeli ötən ilin uyğun dövrü ilə müqayisədə 16 faiz artaraq 323 milyon manata yaxın olub. Ayrıca mikro kreditlər portfeli də ciddi artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə mikrokredit portfeli 35 faiz artaraq, 163 milyon manatı ötüb. Mikrokredit məhsullarının ölkə üzrə mikro sahibkarlara rahat əlçatanlığı, sürətli kreditin verilməsi və digər üstünlüklər “Unibank”ı seçən mikro müştərilərinin sayının artmasına təkan verib. Bu dövrdə bankı seçən biznes sahiblərinin sayı ümumilikdə 28 faiz artıb. Aktiv mikro, KOS və iri müştərilərin sayındakı artım isə ötən ilin üçüncü rübünün sonu ilə müqayisədə 36 faiz təşkil edib. Biznes müştərilərinin “Unibank”ı seçməsinin əsas səbəblərindən biri də bankda əksər məhsul və xidmətlərin rəqəmsal olaraq təqdim olunmasıdır. Hazırda bütün biznes kreditlərinin ayrılması ilə bağlı qərarların 60 faizi avtomatlaşdırılmış sistem vasitəsilə verilir.
Bankın ümumi depozit portfeli də 1 milyardlıq rekord hədd üzrə artmaqda davam edir. İlk 9 ayın nəticələrinə görə, depozit portfeli ötən ilin uyğun dövrü ilə müqayisədə 31 faiz artaraq, 1 milyard 124 milyon manatı ötüb. Təkcə tələbli depozitlərin məbləğində artım isə 39,7 faizi keçib.
2022-ci ilin eyni dövrü ilə müqayisədə bu ilin 9 ayı ərzində “Unibank” kartları üzrə nağdsız əməliyyatların həcmi 2 dəfə artaraq, 6 milyard manatı ötüb.
Cari hesab qalıqlarındakı vəsaitin həcmində isə ötən ilin eyni dövrü ilə müqayisədə 40 faizlik artım qeydə alınıb. Aktiv kart müştərilərinin qeydə alınan artım faizi isə 35 faizi keçib. Son dövrlərdə Bankın məhsul və xidmətlərindən rəqəmsal kanallar vasitəsilə istifadə edən müştəri sayında da ciddi artım var. Hazırda bankın rəqəmsal kanallarından istifadə edən müştərilərin sayı 1 milyon nəfəri ötüb.
“Unibank” KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda UTM və filiallardan ibarət geniş xidmət şəbəkəsi mövcuddur. Eyni zamada, bank xidmətlərinin əlçatanlığını artımaq üçün 2022-ci ildə “Leobank” layihəsini bazara təqdim etmişdir. 31 ildə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
“Unibank”-Sənin Bankın!
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov
Yol polisi küləkli hava ilə bağlı sürücülərə müraciət edib
Pərviz Şahbazov I İstanbul Enerji Forumunda iştirak edir
FIFA referimiz UEFA Gənclər Liqasının matçını idarə edəcək
Azərbaycan nefti 75,60 dollara satılır
Hindistandan Almaniyaya uçan təyyarə Bakıya təcili eniş edib
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib
Ceyhun Bayramov misirli həmkarı ilə regional məsələləri müzakirə edib
Xaçmazda 4 avtomobil toqquşub: ölən və yaralananlar var
Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik-BMT-nin baş katibi
Azərbaycanda meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
SOCAR “Tree Energy Solutions”la Birgə Tədqiqat Sazişi imzalayıb
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri olacaq
TDT-nin Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi yaradılıb
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Keniyanın “SMACHS” təşkilatı ilə əməkdaşlıq edəcək
UEFA Çempionlar Liqasında çıxış edən 2 klubu cərimələyib
“Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunmuş veloyürüş keçirilib
Sabah Bakıda 17° isti olacaq
UEFA İsveç–Azərbaycan matçında hakim səhvini etiraf edib
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub