logo

Əhalinin banklardakı əmanətləri 12,5 milyard manatə ötüb

16:46 11-10-2023 | icon 1883
Əhalinin banklardakı əmanətləri 12,5 milyard manatə ötüb

Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 15,9 faiz artaraq, 2023-cü il sentyabr ayının 1-nə milli valyuta ekvivalentində 12 milyard 580,1 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən YeniAvropa-ya bildirilib ki, əmanətlərin 63,7 faizi milli, 36,3 faizi xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22,4 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 5,8 faiz artıb.

Sentyabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,82 (1,84) manata, 100 türk lirəsinə 6,30 (7,86) manata, 100 rus rubluna 1,76 (2,08) manata bərabər olub.