Oktyabrın 9-da Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyası hökuməti sədrinin birinci müavini Andrey Belousov ilə görüşüb.
Nazirlər Kabinetindən YeniAvropa-ya bildiriblər ki, görüşdə nəqliyyat-logistika sektorunda əməkdaşlığın perspektivləri, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin icrası və gəmiqayırma sahəsində kooperasiya məsələləri müzakirə edilib.