1950-ci ildən bu günədək 60 min tona yaxın Naftalan nefti hasil olunub. 1970-ci ildə hasilat maksimum səviyyəyə yüksəlmiş və yataqdan 1779 ton neft çıxarılmışdır.
YeniAvropa xəbər verir ki, bunu “Naftalan - sağlamlıq və turizmin sinerji mənbəyi: beynəlxalq turizm mərkəzinin inkişaf strategiyası” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda çıxış edən SOCAR prezidentinin müşaviri Xalik Məmmədov deyib.
"Naftalan yatağının ilkin balans ehtiyatları 1 milyon 165 min ton, ilkin çıxarıla bilən ehtiyatları 117 min ton həcmində qiymətləndirilir. Çıxarıla bilən neft ehtiyatının 52,2 faizi artıq mənimsənilib. Hazırda yatağın qalıq balans ehtiyatları 1 milyon 109 min ton, qalıq çıxarıla bilən neft ehtiyatları 61 min ton təşkil edir. Ümumi quyu fondu 94, cari istismar fondu isə 32 quyudan ibarətdir,"- deyə o bildirib.