Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun adı dəyişdirilir.
YeniAvropa xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında 2023-cü il 24 fevral tarixli Saziş”ə dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında” qanun layihəsi parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, Fond Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti (Fond) adlanacaq.
Qanun layihələri səsə qoyularaq təsdiq edilib.