logo

Bakıda Türk Dövlətlərinin II Aqrobiznes Forumu keçirilir

11:44 26-09-2023 | icon 1631
Bakıda Türk Dövlətlərinin II Aqrobiznes Forumu keçirilir

Sentyabrın 26-da Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) II Aqrobiznes Forumu başlayıb.

YeniAvropa xəbər verir ki,tədbirdə çıxış edən Azərbaycanın kənd təsərrüfatı Məcnun Məmmədov bildirib ki, son illər TDT ölkələri kənd təsərrüfatı sahəsində sıx əməkdaşliq münasibətləri qurub. Eyni zamanda TDT çərcivəsində səhiyyə, media, nəqliyyat və digər sahələrdə də geniş əməkdaşlıq münasibətləri mövcuddur.

Nazir qeyd edib ki, dost və qardaş ölkələrlə iqtisadi münasibətlər Azərbaycanın xarici siyasətində prioritet təşkil edir:

“2009-cu ildə Naxçıvanda təməli qoyulan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Azərbaycanın və digər üzv dövlətlərin daha güclü əməkdaşlıq formatı yaratmaq üzrə qarşısına qoyduğu məqsəd və hədəflərə uyğun olaraq, dünyanın nüfuzlu beynəlxalq təşkilatları sırasında yer alan Türk Dövlətləri Təşkilatına çevrilib. Təşkilat çərçivəsində mövcud əməkdaşlıq istiqamətləri qismində səhiyyə, miqrasiya, kənd təsərrüfatı, energetika, media, ədliyyə və digər humanitar sahələrdə yeni əməkdaşlıq mexanizmləri qurulub. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmlənməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir”.

M.Məmmədov həmçinin qeyd edib ki, türk dövlətləri dünya miqyasında böyük iqtisadi gücə malikdir. Kənd təsərrüfatı bu iqtisadi gücün əsas mənbələrindən biri olmaqla bizim qədim tarixə malik məşğulluq sahələrimizdəndir:

“Sahibi olduğumuz təbii ehtiyatlar, biomüxtəliflik, coğrafi yerləşmə və iqlim bizim aqrar potensialımızı daha da gücləndirir. Bu gün türk dünyası iş adamlarının və rəsmilərinin bir araya gəldiyi Türk Dövlətləri Aqrobiznes Forumu ölkələrimiz arasında aqrar ticarət əlaqələrinin daha da güclənməsinə hədəflənib. Ticarət təkcə hər hansı bir dəyər müqabilində məhsul mübadiləsi demək deyil. Ticarət, həmçinin, mədəniyyətlərin, milli ənənələrin, ən yaxşı təcrübələr və texnologiyaların mübadiləsi deməkdir. Bizim siz iş adamlarından gözləntimiz bu prinsiplər əsasında əməkdaşlıq quraraq türk birliyinin iqtisadi gücünü daha da artırmaq və ərzaq təhlükəsizliyinə töhfə verməyinizdir”.