Sentyabrın 30-dan "Azərbaycan Dəmir Yolları" QSC payız-qış mövsümü ilə əlaqədar Bakı-Qəbələ-Bakı sürətli sərnişin qatarının hərəkət qrafikini yeniləyəcək.
YeniAvropa xəbər verir ki, bu barədə QSC-dən məlumat verilib.
Bildirilib ki, qatar Bakıdan-Qəbələyə yalnız hər həftənin şənbə günü, Qəbələdən Bakıya isə yalnız hər həftənin bazar günü yola düşəcək.