logo

İlin sonunadək Rəqəmsal İqtisadiyyat Strategiyası təsdiqlənəcək

15:15 21-09-2023 | icon 1834
İlin sonunadək Rəqəmsal İqtisadiyyat Strategiyası təsdiqlənəcək

Bu ilin sonuna qədər Azərbaycanda Rəqəmsal İqtisadiyyat Strategiyasının təsdiqlənməsi gözlənilir.

YeniAvropa xəbər verir ki, bu barədə Beynəlxalq Kibertəhlükəsizlik Günləri Konfransında (ICSD 2023) İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov bildirib.

F.Cəfərov qeyd edib ki, Rəqəmsal İqtisadiyyat Strategiyasında dövlət, özəl tərəfdaşlığı nəzərdə tutulur: “Özəl sektorda 34-dək layihə, dövlət sektorunda isə 14 layihə, vətəndaş cəmiyyətini əhatə edən 21 layihə planlaşdırılır".

Onun sözlərinə görə strategiyada klaster konsepti ilə 15 sektor əsas götürülüb: “Turizm, nəqliyyat, logistika, kənd təsərrüfatı, qida və digər sektorlar, Qarabağ xüsusi olaraq nəzərə alınıb".

F.Cəfərov bildirib ki, ölkədə olan hər bir nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq nazirliklərin mövcud strategiyası ilə bu Strategiyanın uzlaşdırılması istiqamətində təqribən 30-dan çox dövlət və özəl sektor nümayəndələri ilə iş aparılıb.