Azərbaycan lokal xarakterli antiterror tədbirlərindən sonra İranın Mülki Aviasiya Təşkilatı ölkəmizə və Ermənistana aviareysləri bərpa edib.
YeniAvropa xəbər verir ki, Mülki Aviasiya Təşkilatının sözçüsü Cəfər Yazerlu aviareyslərin ötən gecədən bərpa olunduğunu bildirib. O əlavə edib ki, uçuşların qadağan edilməsi sərnişinlərin təhlükəsizliyi ilə əlaqədar olub.
C.Yazerlu qeyd edib ki, ötən gün ləğv olunmuş aviareyslərin sərnişinlərinin hüquqları təmin olunub.