logo

"Azəri-Çiraq-Günəşli"dən 168 milyard dollar xalis mənfəət əldə edilib

11:55 13-09-2023 | icon 3822
"Azəri-Çiraq-Günəşli"dən 168 milyard dollar xalis mənfəət əldə edilib

"BP" və tərəfdaşları Azərbaycan, Gürcüstan və Türkiyə üzrə həyata keçirilən layihələrə 84 milyard dollar sərmayə yönəldib. Bu investisiyaların 30 faizi "BP"nin payına düşüb.

YeniAvropa xəbər verir ki, bunu Energetika Nazirliyinin jurnalistlər üçün Səngəçal terminalına təşkil olunmuş media-tur çərçivəsində təqdimat zamanı "BP-Azerbaijan" şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı bildirib.

Onun sözlərinə görə, Azərbaycan "Azəri-Çiraq-Günəşli" neft-qaz yataqları blokunun (AÇG) işlənilməsi layihəsi çərçivəsində 2001-ci ildən indiyədək 168 milyard dollar xalis mənfəət əldə edib.