logo

UEFA Avropa Liqası: “Qarabağ” iştirak ərizəsini UEFA-ya təqdim edib

13:13 04-09-2023 | icon 1491
UEFA Avropa Liqası: “Qarabağ” iştirak ərizəsini UEFA-ya təqdim edib

“Qarabağ” və İsveçin “Haken” klubu Avropa Liqasının qrup mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

YeniAvropa qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempionunun A siyahısında 24 oyunçu yer alıb. Yeni qapıçı Andrey Lunyovun da adı iştirak ərizəsinə əlavə olunub. Zədəli Marko Veşoviç siyahıdan çıxarılıb.

İsveç təmsilçisinin əsas siyahısına isə 25 futbolçunun adı daxil edilib.

“Qarabağ”ın iştirak ərizəsi

Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev, 23. Luka Quqeşaşvili, 99. Andrey Lunyov

Müdafiəçilər: 2. Mateus Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina, 83. Nihad Quliyev

Yarımmüdafiəçilər: 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Adama Diakabi, 15. Leandro Andrade, 20. Riçard Almeyda, 17. Hamidu Keyta, 27. Toral Bayramov, 66. Patrik Andrade

Hücumçular: 99. Redon Cica, 18. Juninyo

“Haken”in iştirak ərizəsi

Qapıçılar: 1. Yohan Brattberq, 26. Peter Abrahamsson

Müdafiəçilər: 2. Yakob Barrett Laursen, 3. Yohan Hammar, 4. Franklin Tebo, 5. Even Hovland, 12. Valgeyr Lünddal, Fridriksson, 13. Simon Sandberq, 15. Kadir Hodziç, 21. Tomas Totlann

Yarımmüdafiəçilər: 8. İshak Abdulrazak, 11. Samuel Qustafson, 14. Simon Qustafson, 16. Pontus Dabo, 18. Mikkel Rüqor, 22. Tobias Sana, 27. Aman Romeo, 39. İsak Brusberq

Hücumçular: 9. Ola Kamara, 10. Ali Yussef, 19. Srcan Xristiç, 24. Amor Layuni, 29. Filip Trpçevski, 33. Con Pol Dembe, 37. İbrahim Sadiq

Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinin oyunlarına sentyabrın 21-də start veriləcək.