Azərbaycanın futzal üzrə FIFA referisi Hikmət Qafarlı UEFA-dan yeni təyinat alıb.
Federasiyadan YeniAvropa-ya verilən məlumata görə, o, 19 yaşadək futzalçılardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının final mərhələsində keçiriləcək Fransa – Portuqaliya oyununun birinci hakimi olacaq.
Bakı vaxtı ilə saat 20:00-da start götürəcək matçda H.Qafarlıya Mariya Mislovska (Ukrayna) və Çiara Perona (İtaliya) kömək edəcək.
Hakim-inspektor isə italiyalı Massimo Çumbo olacaq.