EURO-2024: Azərbaycan millisinin heyəti açıqlanıb
"EURO-2024"ün seçmə mərhələsində Belçika, yoldaşlıq oyununda isə İordaniya ilə üz-üzə gələcək futbol üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.
YeniAvropa AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Canni De Byazi beynəlxalq matçlar üçün 26 oyunçuya dəvət göndərib.
İtaliyalı mütəxəssis Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” klubunun Asiya Çempionlar Liqasındakı iştirakını nəzərə alaraq futbolçunun Belçika ilə oyundan sonra düşərgəni tərk etmək istəyini müsbət qarşılayıb.
Qapıçılar: Şahruddin Məhəmmədəliyev (“Qarabağ”), Yusif İmanov (“Sabah”), Səlahət Ağayev (“Səbail”)
Müdafiəçilər: Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Rahil Məmmədov, Toral Bayramov (hamısı “Qarabağ”), Amin Seydiyev (“Sabah”), Höccət Haqverdi (“Neftçi”), Yusif Nəbiyev (“Səbail”), Elvin Bədəlov (“Sumqayıt”), Qismət Alıyev (“Zirə”), Anton Krivotsyuk (“Daejon Hana”, Cənubi Koreya), Bəxtiyar Həsənalızadə (“Tuzlaspor”, Türkiyə)
Yarımmüdafiəçilər: Aleksey İsayev, Elvin Camalov (hər ikisi “Sabah”), Emin Mahmudov, Filip Ozobiç (hər ikisi “Neftçi”), Emil Səfərov (“Qəbələ”), Rüstəm Əhmədzadə (“Zirə”), Coşqun Diniyev (“Ümraniyespor”, Türkiyə), Ozan Can Kökçü (“Eyndhoven”, Niderland)
Hücumçular: Mahir Emreli (“Dinamo”, Xorvatiya), Musa Qurbanlı (“Yurqorden”, İsveç), Ramil Şeydayev (“Buriram Yunayted”, Tailand), Renat Dadaşov (“Qrasshopper”, İsveçrə).
Qeyd edək ki, yığmamız sentyabrın 9-da Belçikanı, 12-də isə İordaniyanı qəbul edəcək. Hər iki görüş “Dalğa Arena”da keçiriləcək.
Azərbaycan-Pakistan ədəbi əlaqələri konfransda müzakirə edilir
İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib
Paytaxtda xadimə mənzildən 60 min manatlıq zinət əşyaları oğurlayıb
Şəhriyar Məmmədyarov Almaniya çempionu olub
İrandan Azərbaycana 6 kq narkotika keçirmək istədilər
Azərbaycan Ordusunda "Ən yaxşı snayper" yarışı keçirilib
İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 120 nəfər saxlanılıb
Xırdalanda arvadını öldürən kişi saxlanılıb
Daha 39 ailə Füzuliyə köçürülüb
Sabah Bakıda 30° isti olacaq
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib
Bu gün 20 minədək bakalavr magistraturaya imtahan verir
Ağdamda qreyder minaya düşüb,sürücü ayağından xəsarət alıb
Cüdoçumuz Elcan Hacıyev də Avropa çempionu olub
Alkoqolun təsiri altında tanışını öldürüb, həyətdə basdırdı
Laçın Ukraynanın İrpen şəhəri ilə qardaşlaşacaq
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
Azərbaycan Qırğızıstana neft məhsulları ixrac edəcək
Hidayət Heydərov dördqat Avropa çempionudur
Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb
Moskva Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır-Peskov
“Koroğlu”da narkokuryerdən 2 kq-dan çıx nakotika götüülüb
Monteneqro prezidenti Sahibə Qafarova ilə görüşüb