Sentyabrın 4-də Səudiyyə Ərəbistanının paytaxtı Riyadda ağırlıqqaldırma üzrə kişilər və qadınlar arasında dünya çempionatı keçiriləcək.
Azərbaycan Ağır Atletika Federasiyasından YeniAvropa-ya verilən məlumata görə, sentyabrın 17-dək davam edəcək Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 894 atlet (469 kişi və 425 qadın) mübarizə aparacaq. Onların arasında Azərbaycan milli komandasının üzvləri də olacaq.
Qadınların yarışında Nazilə İsmayılova (49 kiloqram) və Günel Vəliyeva (76 kiloqram), kişilərin mübarizəsində isə İsa Rüstəmov (67 kiloqram), Ömər Cavadov (73 kiloqram), Əli Şükürlü (102 kiloqram) və Dadaş Dadaşbəyli (109 kiloqram) qüvvələrini sınayacaqlar.