logo

 UEFA Avropa Liqası: Bu gün “Qarabağ”ın qrupdakı rəqibləri bəlli olacaq

11:33 01-09-2023 | icon 2135
 UEFA Avropa Liqası: Bu gün “Qarabağ”ın qrupdakı rəqibləri bəlli olacaq

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək.

YeniAvropa xəbər verir ki, Fransanın Monako şəhərində təşkil olunacaq tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın da rəqibləri bəlli olacaq.

Ağdam təmsilçisi püşkatmada ikinci səbətdə yer alacaq.

Qeyd edək ki, tədbir Bakı vaxtı ilə saat 15:00-da baş tutacaq.

Avropa Liqası

Qrup mərhələsi

I səbət: “Vest Hem” (İngiltərə), “Liverpul” (İngiltərə), “Roma” (İtaliya),“Ayaks” (Niderland), “Vilyarreal” (İspaniya), “Bayer 04” (Almaniya), “Atalanta” (İtaliya), “Reyncers” (Şotlandiya);

II səbət: “Sportinq” (Portuqaliya), “Slaviya” (Çexiya), “Renn” (Fransa), “Olimpiakos” (Yunanıstan), “Betis” (İspaniya), LASK (Avstriya), “Marsel” (Fransa), “Qarabağ” (Azərbaycan);

III səbət: “Molde” (Norveç), “Brayton” (İngiltərə), “Şerif” (Moldova), “Union” (Belçika), “Frayburq” (Almaniya), “Sparta” (Çexiya), “Makkabi” (Hayfa, İsrail), “Şturm” (Avstriya);

IV səbət: “Tuluza” (Fransa), AEK (Yunanıstan), “Baçka Topola” (Serbiya), “Servett” (İsveçrə), “Panatinaikos” (Yunanıstan), “Rakuv” (Polşa), “Aris” (Kipr), “Haken” (İsveç).