"Qarabağ" UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqəni təmin edib.
YeniAvropa xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda Ağdam təmsilçisinin futbolçusu Toral Bayramov 24-cü dəqiqədə topu rəqib komandanın qapısından keçirib.
“Olimpiya” komandasının oyunçusu Dioqo Pinto 36-cı dəqiqədə hesabı bərabərləşdirib.
İkinci hissədə qapılara top vurulmayıb və görüş 1:1 hesabı ilə başa çatıb.
Beləliklə, səfəri görüşündə rəqibini iki cavabsız qolla üstələyən "Qarabağ" Avropa Liqasında qrup mərhələsinə yüksəlib.