Cəlilabad rayon sakini 1993-cü il təvəllüdlü Firuzə Ağayevanın avqustun 22-də Cəlilabad rayon Mərkəzi Xəstəxanasında dünyaya gətirdiyi uşağının avqustun 28-də yaşadığı evdə ölməsi faktı ilə bağlı Cəlilabad rayon Prokurorluğunda araşdırma aparılır.
YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.