logo

Azərbaycan millisi II MDB Oyunlarında 4-cü yeri tutub

13:31 14-08-2023 | icon 3248
Azərbaycan millisi II MDB Oyunlarında 4-cü yeri tutub

Azərbaycan millisi Belarusda keçirilən II MDB Oyunlarında 4-cü yeri tutub.

YeniAvropa xəbər verir ki, yığma yarışı 62 medalla başa vurub.

İdmançılarımız 10 qızıl, 17 gümüş, 35 bürünc medal əldə ediblər. II MDB Oyunlarında komanda hesabında ən yaxşı nəticəni 288 medalla (149 qızıl, 89 gümüş, 50 bürünc) Rusiya yığması göstərib. Belarus millisi 236 medalla (48 qızıl, 78 gümüş, 110 bürünc) ikinci, Özbəkistan isə 106 medalla (28 qızıl, 25 gümüş, 53 bürünc) üçüncü yeri tutub.

Qeyd edək ki, III MDB Oyunları 2025-ci ildə Azərbaycanın ən böyük ikinci şəhəri olan Gəncədə keçiriləcək.