logo

UEFA Avropa Liqası: “Qarabağ" bu gün "HİK"i qəbul edəcək

10:50 10-08-2023 | icon 2240
UEFA Avropa Liqası: “Qarabağ" bu gün "HİK"i qəbul edəcək

“Qarabağ” bu mövsüm UEFA Avropa Liqasında ilk oyununu keçirəcək.

 YeniAvropa xəbər verir ki,  “köhlən atlar” III təsnifat mərhələsinin birinci matçında Bakıda Finlandiyanın HİK komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq görüş saat 20:00-da başlayacaq. Matçın baş hakimi israilli Roy Reinsreyber olacaq.

Komandalar arasında cavab oyunu avqustun 20-də keçiriləcək.

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Olimpiya" (Sloveniya) - "Qalatasaray" (Türkiyə) cütünün məğlubu ilə qarşılaşacaq. Uduzan komanda isə Konfrans Liqasında qrupa düşmək uğrunda "Farul" (Rumıniya) - "Flora" (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək.